Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz Bakı Olimpiya Stadionunda Malta yığmasını qəbul edib.
Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiç olub. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirib.
Qarşılaşmanın 37-ci dəqiqəsində Maltanın 11 nömrəli oyunçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb. İlk hissə Azərbaycan yığmasının hücumları ilə yadda qalsa da, bu hesabla da başa çatıb.
Qrşılaşmanın 53-cü dəqiqəsində Azərbaycan yığmasının 7 nömrəli oyunçusu Araz Abdullayev komandamızın bərabərlik qolunu vurub: 1:1.
Qarşılaşma bu hesabla da başa çatıb.
Bu oyundan sonra Azərbaycan yığması 4 oyundan 6 xal toplayıb.