“Instagram”da məşhurlaşan gənc öldürülüb

Daha bir internet fenomeni qətlə yetirilib
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. İraqın paytaxtı Bağdatda internetdə məşhur olan gənc öldürülüb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, öldürülən şəxsin adı Hamudi Əl-Mutayiridir. “Instagram şahzadəsi” ləqəbi ilə tanınan gənc fenomen evlərinə qayıdan zaman naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb.

Hamudi el-Mutayiri

Cinsi oriyentasiyasına görə öldürülən Əl-Mutayiri can verən zaman videosu çəkilib və yayılıb. Bu da sosial şəbəkələrdə aqressiya ilə qarşılanıb. Hətta gənci sevənlər buna görə aksiya da keçiriblər və onunla bağlı xatirələrini və şəkillərini paylaşıblar.