Müsəlman ölkəsində ölüm hökmü ləğv olunur

Müvafiq qanun layihəsinə oktyabrın 15-də parlamentdə baxılacaq
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Malayziyada yaxın zamanlarda ölüm hökmü ləğv edəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ölüm hökmünün ləğvi qərarını Malayziya Nazirlər Kabineti təsdiqləyib.

Dünyanın ən yaşlı canisi edam edildi

Bu barədə məlumat verən ölkənin baş naziri Liu Bui Keonq qeyd edib ki, layihə baxılması üçün parlamentə göndərilib. Onun sözlərinə görə, parlamentarilər müvafiq qanun layihəsinə oktyabrın 15-də keçiriləcək iclasda baxacaqlar.

Lui Vui Keonq əlavə edib ki, qanun layihəsinin müzakirəsi zamanı edamların həyata keçrilməsinə moratorium (borc öhdəliyini yerinə yetirmək üçün müddət hüququndan istifadə) tətbiq edilməsinin nəzərə alınması lazımdır.

Xatırladaq ki, Malayziya qanunvericiliyinə əsasən, xüsusilə ağır cinayətlər, qətl, hökumətə qarşı silahlı üsyan, azyaşlılara qarşı cinsi zorakılıq və başqa cinayətlərə görə edam hökmü çıxarılır.

Qeyd edək ki, Malayziya Cənub-Şərqi Asiyada yerləşən dövlətdir. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanıb. 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşibr. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılıb.

Malayziya Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Əhalisi müsəlmandır.