İDMAN

Jurnalistlər arasında gərgin mübarizə getdi

Yarışda 40-dən artıq jurnalist mübarizədə iştirak edib. Gərgin keçən mübarizədə bir neçə jurnalist finiş xəttinə çata bilməyib.
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 oyunlarının ekstrimini jurnalistlər daha yaxşı hiss etməsi üçün onlar arasında kartinq yarışı təşkil edib.

Sputnik Azərbaycan verir ki, tədbiri BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıb. O, belə tədbirlərin tez-tez keçirilməsinin maraqlı olacağını və jurnalistlərin Formula 1-i daha dərindən hiss etmələrinə səbəb olacağını dilə gətirib.

Yarışda 40-dən artıq jurnalist mübarizədə iştirak edib. Gərgin keçən mübarizədə bir neçə jurnalist finiş xəttinə çata bilməyib.

3 jurnalist hər kəsdən tez finiş xəttinə çataraq aralarında ilk üçlüyü müəyyən ediblər.

Mükafatçılara BŞH tərəfindən kubok və qiymətli hədiyyələr təqdim olunub.