Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu, təkcə nağdsız ödənişlərin genişləndirilməsinə deyil, həm də digər əməliyyatların aparılmasına imkan yaradacaq:
“Yəni bundan sonra maliyyə köçürmələri zamanı rəqəmləri dəyişdirmək, onlarla manipulyasiya etmək mümkün olmayacaq. Bu proqramda nağdsız hesablaşmaların genişləndirilməsi ən sadə məqsəddir. Əsas məqsəd odur ki, bütün respublika ərazisində maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı şəffaflıq yaransın. Təbii ki, bu nağdsız hesablaşmaların genişlənməsinə şərait yaradacaq”.
Azərbaycanda sayı getdikcə artan ödəniş sistemlərinin sayəsində hər il plastik kartlarla internet ödənişlərində 10%, POS-terminallarla ödənişlərdə isə, təxminən, 2 dəfə artıma nail olunur.