HADİSƏ

Ukrayna dairəsində dəhşət: 57 yaşlı kişi özünü yandırdı

Bakı sakini öz üzərinə kerosin tökərək yandırıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bakıdakı Ukrayna meydanında bir kişi özünü yandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsinin 35-ci bölməsindən məlumat verilib.

Hələlik yalnız o məlumdur ki, özünü yandıran şəxs 57 yaşlı paytaxt sakini Kononov Aleksandr Sergeyeviçdir. O, öz üzərinə kerosin tökərək yandırıb. Kişi ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Məlumata görə, Kononovun dərisinin 60-70 faizi yanıb.

Xətai rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində və xəstəxanada olublar. Onlar hadisənin baş vermə səbəbini və şəraitini ayırd etməyə çalışırlar. İntiharın səbəbi barədə hələlik heç kim heç nə deməyib.