Avropa İttifaqının üzvü olan ölkədən quruma qarşı sərt ittiham: Səhv yoldadırlar

Peter Siyyarto: "Brüssel Moskva ilə daha sıx əlaqələrə malikdir, lakin bunu gizlədir"
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Macarıstanın xarici işlər naziri Peter Siyyarto Budapeştin Rusiya ilə yaxınlaşmasına dair Avropa İttifaqının ittihamlarını əsassız adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu nazir "Der Standart" nəşrinə müsahibəsində bildirib.

Atakişiyev: “Avropa Birliyi malların Rusiyadan gəlməsində maraqlı deyil”

Onun sözlərinə görə, rəsmi Brüssel Moskva ilə daha sıx əlaqələrə malikdir, lakin bunu gizlədir: "Fərq bundadır ki, onlar üzdə dalaşmaqla böyük biznesi gizlətməyə çalışırlar".

Öz sözlərinin təsdiqi kimi Siyyarto bu yaxınlarda Avstriya baş naziri Sebastyan Kurtz və Vladimir Putin arasındakı görüşü xatırladıb: "Avropa İttifaqı yanlış istiqamətdə hərəkət edir. Avropa Komissiyasında ciddi dəyişikliklər olmalıdır, çünki hazırkı heyətdə onun nəticələri olduqca pisdir".

"2019-cu ildə Avropa İttifaqına üzv ölkələrin sayı ilk dəfə azalacaq, həmişə sabit olan transatlantik münasibətlər olduqca kövrək olub, son üç ildə Avropa İttifaqında 33 terror törədilib ki, nəticədə 300-dən çox insan həlak olub. Bütün bunlar hazırkı komissiyanın uğursuzluğunu göstərir" — macar nazir vurğulayıb.