SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatlar Nikol Paşinyanı dəstəklədi

Bu səsvermə Paşinyana parlamentdə səs çoxluğu və dekabrda növbədənkənar parlament seçkiləri keçirmək hüququ verir
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək barədə təklifini ən azı 55 deputat dəstəkləyib. Bu barədə Sputnik AzərbaycanRusiya KİV-nə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, bu səsvermə Paşinyana parlamentdə səs çoxluğu və dekabrda növbədənkənar parlament seçkiləri keçirmək hüququ verir.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Paşinyan istefa verməli və parlament iki həftə ərzində yeni hökumət başçısı seçməməlidir.