MƏDƏNİYYƏT

Gözəllik kraliçası Müslüm Maqomayevin həyat yoldaşı obrazının canlandıracaq

Bakıda Rusiyanın "Birinci kanal"ının layihəsi olan "Maqomayev" adlı səkkiz seriyalı bədii filmin çəkilişlərinə başlanılıb
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Əfsanəvi azərbaycanlı ifaçı, SSRİ xalq artisti Müslüm Maqomayevə həsr olunmuş bədii filmdə rusiyalı aktrisa, "Miss Russia-2010" və "Miss Yekaterinburg-2009" gözəllik müsabiqələrinin qalibi İrina Antonenko ifaçının həyat yoldaşı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya rolunu canlandıracaq.

 

 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Antonenko özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yazıb. O, çəkilişlərdən şəkil də paylaşıb. Sözügedən film Rusiyanın "Birinci kanal"ının sifarişi ilə çəkilir. Bütün çəkiliş qrupu artıq bir neçə gündür Bakıdadır. Filmin rejissoru Oleq Asadulindir. Müslüm Maqomayev rolunu serb aktyor Miloş Bikoviç oynayır.

İrina Antonenko həmçinin "Miss avtozvuk- 2008" titulunun sahibidir. O, "Hədiyyə günəş", "Arı yuvası", "Sevimli şəxs üçün sürpriz", "Qızıl qəfəs" və digər filmlərdə çəkilib.

Qeyd edək ki, görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Musiqi məktəbinin fortepiano sinfini, sonra isə musiqi məktəbi və Azərbaycan Dövlət Konservatoriyasının vokal siniflərini bitirib. 1963-cü ildə Maqomayev öz konserti ilə Moskvanı fəth edib. Onun uğurları dildən-dilə düşüb. O, təkcə estrada mahnılarını deyil, opera əsərlərini də sərbəst şəkildə ifa edib. 1964-cü ildə Maqomayev Milanın "La Skala" opera teatrına birillik təcrübə toplamağa gedib. 1974-cü ildə Rusiya və sovet opera müğənnisi Tamara Sinyavskaya ilə ailə həyatı qurub.

Sinyavskaya Müslüm Maqomayevlə bağlı narahatlıq doğuran məsələyə aydınlıq gətirdi

1997-ci ildə astronomlara Günəş sistemindəki 1974 SP1 nömrəsi ilə tanış olan kiçik planetlərdən birinə onun adı verilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci il tarixində 66 yaşında dünyasını dəyişib. O, Bakıdakı Fəxri Xiyabanda dəfn edilib. Əgər yaşasaydı, bu il onun 76 yaşı olacaqdı.

Hazırda Bakıda Rusiyanın "Birinci kanal"ının layihəsi olan "Maqomayev" adlı səkkiz seriyalı bədii filmin çəkilişlərinə başlanılıb.