Gözlənilməz hadisə Ankara, Ər-Riyad və Vaşinqtonu bir-birinə vurdu

Türk jurnalistin yoxa çıxması Vaşinqtonu qəzəbləndirdi, Səudiyyədən izahat tələb edildi
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudliyyəli jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edirlər. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hazırda polis konsulluqda axtarış aparır. 

Kaşıkçı iki gün əvvəl konsulluğa daxil olandan sonra yoxa çıxıb. 

Reuters-in məlumatına görə, Türkiyə polisi ilkin versiya kimi Kaşıkçının konsulluqda öldürülməsini götürür. Polis nümayəndəsinin sözlərinə əsasən qətl əvvəlcədən planlaşdırılıb və cəsəd qətldən sonra konsulluqdan çıxarılıb. 

ABŞ PKK-nı qınadı, Türkiyə şoka düşdü

Səudiyyə hakimiyyətini tənqid edən Kaşıkçı son bir il ərzində öldürülmək qorxusundan Vaşinqtonda yaşayıb. O İstanbuldakı konsulluğa nikah imzalamaq üçün lazım olan sənədləri almağa gəlibmiş. Onun nişanlısı isə Kaşıkçını çöldə gözləyib. Həmin vaxtdan jurnalisti görən olmayıb. 

Türkiyə polisi Kaşıkçının konsulluqdan çıxdığını heç kəsin görmədiyini bildirir. Ər-Riyad isə onun həmin gün çıxıb getdiyini deyir. 

ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü Kris Mörfi bu məsələ ilə bağlı sərt çıxış edib. "Əgər səudiyyəlilərin ABŞ-da yaşayan birini hiylə ilə konsulluğa çağırıb öldürmələri doğru isə, Səudiyyə Ərəbistanı ilə əlaqələrimiz dayandırılmalıdır". Mörfi Səudiyyə Ərəbistanından olayla bağlı dərhal açıqlama verilməsini tələb edib.