Xəbər verildiyi kimi dağıstanlı samboçu Həbib Nurməhəmmədov ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turniri üzrə yüngül çəkidə çempion titulunu qorumaq uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, hakimlər 4-cü raundda dağıstanlının qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.