BAKI, 6 oktyabr — Sputnik. "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo istefaya göndərilməyəcək.
Sputnik Azərbaycan "Sports.ru"-ya istinadən xəbər verir ki, klub rəhbərliyi Mourinyonu dəstəklədiyini və onunla yolları ayırmağı düşünmədiyini bildirib.
Qeyd edək ki, daha əvvəl "Mirror" nəşri bu gün "Nyukasl"la oyunun nəticəsindən asılı olmayaraq, Mourinyonun istefaya göndəriləcəyini yazmışdı. Onu müvəqqəti olaraq köməkçisi Maykl Kerrikin əvəz edəcəyi bildirilirdi