İDMAN

Ulduz futbolçudan azərbaycanlı azarkeşlərə maraqlı jest

O, Bakı Olimpiya Stadionunda dünən keçirdikləri məşqdən sonra sosial şəbəkədə şəklini paylaşıb
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil azərbaycanlı azarkeşlərlə şəkil çəkdirməkdə maraqlı olmasa da, "Instagram" profilində maraqlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, türk futbolçu Bakı Olimpiya Stadionunda dünən keçirdikləri məşqdən sonra sosial şəbəkədə şəklini paylaşıb.

Onun bu paylaşımı azarkeşlərin marağına səbəb olub. Belə ki, futbolçu şəklin şərh bölümündə Azərbaycan dilində "Axşamınız xeyir, Bakı, Azərbaycan" yazıb. Daha sonra ingilis dilində "Bakıdan salamlar. Bizim Avropa macəramız davam edir. Sabah "Qarabağ"la burada oynayacağıq" — deyə əlavə edib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda 20:55-də "Qarabağ" – "Arsenal" oyunu baş tutacaq.