Bu gün Bakıda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" və Londonun "Arsenal" klubları arasında oyun olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, oktyabrın 3-də Bakıya gələn ingilis futbolçuları məşqdən əvvəl mətbuat konfransı keçiriblər. Tədbirdə jurnalistlərin suallarına klubun baş məşqçisi Unai Emeri və yarımmüdafiəçi Aleks İvobi cavab veriblər.
Konfransdan sonra "Arsenal"ın oyunçuları məşq ediblər. Sputnik Azərbaycan həmin məşqdən çəkilmiş kadrları təqdim edir.