Müsəlman ölkəsində yaşanan fəlakətin qurbanlarının sayı 1400-ə çatıb

Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1400 nəfərə yaxınlaşır. Sputnik Azərbaycan bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. 

Müsəlman ölkəsində fəlakət yaşanır, ölənlərin sayı 1200 nəfəri keçib

Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin rəhbəri Villem Rampanqiley jurnalistlərə açıqlamasında  bildirib ki, hazırda 1374 nəfərin öldüyü, 113-nün isə itkin düşdüyü məlumdur. 

Qeyd olunur ki, təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Belə ki, hazırda xilasedicilər hələ zəlzələnin episentrinə yaxın Dunqala yaşayış məntəqəsinə çata bilməyiblər.

Xatırladaq ki, 7,7 bal gücündə olan zəlzələ sentyabrın 28-də baş verib. Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb. Təkanlardan sonra ada 2 metrlik sunaminin altında qalıb.