İDMAN

Fazil Məmmədov vəzifədən imtina edib

O, öz xahişi ilə tutduğu vəzifədən azad edilib
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Keçmiş vergilər naziri Fazil Məmmədov uzun müddətdir Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsini icra edib. Amma bu gün artıq rəsmi olaraq Fazil Məmmədov Güləş Federasiyasının prezidenti vəzifəsindən imtina edib.

Bu barədə Sputnik Azərbaycan-a Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib. Məlumatda deyilir ki, Fazil Məmmədov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

"Hazırda prezident əvəzləyicisi kimim federasiyanın I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. O ki qaldı federasiyanın maliyyələşməsinə. Federasiyada maliyyə problemi yoxdur və dövlət tərəfindən federasiya maliyyələşdirilir"- deyə S.Musalı əlavə edib.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti kimi fəaliyyət göstərib.