ABŞ-dan İranın Suriya əməliyyatına sərt reaksiya

Pentaqon İranın Suriyada, Fəratın şərqinə yönələn ballistik raket hücumlarını hərbi və mülki aviasiyaya təhdid və məsuliyyətsiz addım kimi qiymətləndirib
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın Suriyada, Fərat çayının şərqinə yönələn ballistik raket hücumlarını hərbi və mülki aviasiyaya təhdid və məsuliyyətsiz addım kimi qiymətləndirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Pentaqon sözçülərindən biri Sean Robertson İranın dünən Suriyanın şərqindəki bəzi hədəflərə yönəlik raket hücumunu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə koordinasiya etmədən həyata keçirdiyini bildirib.

Pentaqon Türkiyə ilə bağlı açıqlama verdi

Robertson deyib ki, koalisiya qüvvələrinə zərər dəyməsə də, bu hücumu hələ də qiymətləndirirlər: "Bu cür hücumlar Suriyada aktiv olaraq İŞİD ilə mübarizə aparan qüvvələri təhlükə altına salır".

O bildirib ki, Suriyada ABŞ-ın Rusiya ilə rabitə kanalı mövcuddur, ancaq İran ilə bu cür kanal yoxdur. Koordinasiya olmadan raket atmaq mülki və hərbi aviasiyaya təhdiddir.

Digər tərəfdən, beynəlxalq koalisiyanın sözçüsü Sin Ryan da məsələyə münasibət bildirib: "İran qüvvələri dünən gecə xəbərsiz raket hücumu təşkil etdi. Koalisiya qüvvələri hücumu qiymətləndirirlər və koalisiya qüvvələrinə qarşı təhlükə yoxdur".