BAKI, 1 oktyabr — Sputnik. Milli Məclisin 2018-ci ilin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.
Sputnik Azərbaycan xəbər verir ki, 2018-ci il payız sessiyasının işlər planına aşağıdakı məsələlər daxildir:
1. Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri;
2. "Azərbaycan Respublikasnının Dövlət bayrağı haqqında;
3. "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında";
4. "Azərbaycan Respublikasının Dövlət himni haqqında";
5. "Konstitutsiya qanunu layihələri;
6. "Standartlaşdırma haqqında";
7. "Kabel şəbəkəsi haqqında";
8. "Kinematoqrafiya haqqında";
9. "Azərbaycan muğam səntinin qorunması və inkişaf etdirilməsi haqqında";
10. "Yazılı abidələr haqqında";
11. "Turizm haqqında";
12. "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında";
13. "Psixoloji yardım haqqında";
14. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında";
15. "Ümumi təhsil haqqında" yeni qanun layihələri.
Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib.