BAKI, 28 sentyabr — Sputnik. Futbol üzrə Portuqaliya yığmasının kapitanı və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu zorlamada ittiham olunur. Amerikalı Katrin Mayorqa futbolçunun onu zorladığını bəyan edib.
Mayorqanın sözlərinə görə, insident 9 il əvvəl Las-Veqasda baş verib. Həmin dövrdə Madrid "Real"ının oyunçusu olan Kriştianu Ronaldu qızı oteldə zorlayıb. Portuqaliyalı zərərçəkmişə 375 min dollar ödəyib. Lakin Katrin yenə də hadisə barədə danışıb.
Ronaldu bu məsələni şərh etməkdən imtina edib.