İDMAN

Azərbaycan Ermənistandan üstün oldu və birincidir

5 turdan sonra 10 xalla Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın kişilərdən ibarət milli komandası Batumidə keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu başa vurub. 

Azərbaycan yığması növbəti turda Ermənistan ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb — 2,5:1,5.

Belə ki, Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov görüşü heç-heçə ilə başa vurub, Arkadi Naydiç isə qarşılaşmadan məğlub ayrılıb. 

5 turdan sonra 10 xalla Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.