BAKI, 27 sentyabr — Sputnik. Bu gün cüdo üzrə dünya çempionatının sonuncu günüdür. Mötəbər yarışın son günü komandalar ən güclülərini müəyyən edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan komandası 1/8 finalda Avstriyanı üstələməyi bacarıb.
Komanda üzvlərimizdən Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Digər qadın cüdoçumuz İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib.
Kişilərdən Tural Safquliyev (90 kq) və Tornike Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib (- 4:1).
1/4 final mərhələsində Azərbaycan komandasının rəqibi Yaponiya olub. Yaponiya yığması ilə görüş heç də asan başa gəlməyib. Yarış 4:2 hesabla, Yaponiya komandasının xeyrinə bitib. Komandada olan qadın cüdoçularımız rəqiblərinə məğlub olublar.
Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub.