İDMAN

Cüdoçumuz “qızılın” bir addımlığında büdrədi

Azərbaycan idmançısı gümüş medalla kifayətlənməli olub
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. Bu gün Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatında100 kq-dan yuxarı çəki dərəcəsində Azərbaycan idmançısı da öz gücünü sınayıb.

Sputnik Azərbaycan xəbər verir ki, 100+ çəkidə yer alan 26 yaşlı Uşangi Kokauri yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və finala yüksəlib.

Onun finalda rəqibi gürcüstanlı Quram Tuşişvili olub. Yarışın ilk dəqiqələrində idmançımız hücum mövqeyində olsa da, hətta bir neçə dəfə fənd tətbiq edərək qələbəyə yaxın olsa da, sonda bəxt üzünə gülməyib. Gürcüstanlı rəqibi görüşün son saniyələrində Kokaurinin kürəyini yerə vuraraq ippon ilə qızıl medala sahib olub.

Uşangi Kokauri isə gümüş medal ilə kifayətlənməli olub.