İDMAN

Bayraq Bakıdan Yaponiyaya getdi

Rövnəq Abdullayev dünya çempionatının bayrağını Yaponiya Cüdo Federasiyasının rəhbəri Yasuxiro Yamasitaya təqdim edib
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. Bakıda cüdo üzrə dünya çempionatının bayrağının ötürülməsi mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev dünya çempionatının bayrağını Yaponiya Cüdo Federasiyasının rəhbəri Yasuxiro Yamasitaya təqdim edib.

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də iştirak edib.

Qeyd edək ki, cüdo üzrə 2019-cu il dünya çempionatı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.