HADİSƏ

Güclü yağış paytaxtda problemlər yaradıb

Güclü yağış paytaxt yollarında problemlər yaradıb.Yolları su basması maşınların hərəkətini çətinləşdirib. Həmçinin küçələr və yeraltı keçidlər piyadalar üçün də keçilməz olub.
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Səhər saatlarından başlayaraq Bakıya yağan güclü yağış bəzi fəsadlar törədib.

Sputnik Azərbaycan xəbər verir ki, leysan yağış paytaxtın bəzi küçələrini və yollarını su altında qoyub. Bu barədə şəkillər və videolar sosial şəbəklərdə paylaşılır.

Yağış xüsusən paytaxtın mərkəzi küçələrində (Nizami, Füzuli) ciddi problemlərə səbəb olub.

Yolları su basması maşınların hərəkətini çətinləşdirib. Həmçinin küçələr və yeraltı keçidlər piyadalar üçün də keçilməz olub.