BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, 21 yaşlı idmançı 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib.
Yarımfinal və medal görüşləri saat 16:00-da başlanacaq.
73 kq çəkidəki azərbaycanlı digər cüdoçu Rüstəm Orucov isə mübarizəni dayandırıb. Onun 1/8 final mərhələsində monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə görüşü 8 dəqiqə 35 saniyə davam edib. Əlavə vaxtda monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.