Cüdo üzrə dünya çempionatının ikinci günü də Azərbaycan yığması üçün uğursuz olub. 52 kiloqramda çıxış edən Monqolustan əsilli idmançımız Buyanxışıq Purevsuren finala çıxa bilməyib. Eyni aqibəti 66 kiloqramadək çəkidə yarışan Nicat Şıxəlizadə də yaşayıb. Qızıl medalları isə Yaponiyadan olan bacı və qardaş – Uta Abe və Nifume Abe qazanıblar.
Cüdo üzrə Dünya Çempionatı Bakıda 20-27 sentyabr tarixlərində keçirilir. Yarışda dünyanın 129 ölkəsini təmsil edən 800-dən çox cüdoçu çıxış edir.