İDMAN

"Qarabağ" növbəti dəfə sınağa çəkiləcək

Lissabondakı "Joze Alvalade” stadionunda baş tutacaq görüş iki ölkə klubunun ilk dueli kimi tarixə düşəcək
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Bu gün Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi olan Ağdamın "Qarabağ" klubu qrup mərhələsində ilk oyununu keçirəcək.

Sputnik Azərbaycan xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada "Sportinq"in qonağı olacaq.

Bu komandalar ilk dəfədir üz-üzə gəlirlər. 

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü dəfə iştirak edəcək. Ötən il komanda Çempionlar Liqasında gücünü sınayıb.