BAKI, 19 sentyabr — Sputnik. Əcnəbilərin Türkiyə Cümhuriyyəti vətəndaşlığına keçməsi ilə bağlı bəzi dəyişikliklər edilib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə 106 saylı qərar bu gün rəsmi qəzetdə yayımlanıb.
Edilən dəyişikliyə əsasən, əcnəbilərin Türkiyə Cümhuriyyəti vətəndaşlığı ala bilməsi 2 milyondan 500 min dollara düşüb. Yeni dəyişikliyə görə, Türkiyədə daşınmaz əmlak sahibi olanların Türkiyə vətəndaşı olmaq üçün tələb olunan miqdar 1 milyon dollardan 250 min dollara qədər azaldılıb.
Edilən dəyişikliklərdən biri də Türkiyə vətəndaşlığı almaq istəyən əcnəbilərin Türkiyə banklarında olan depozitinin miqdarı ilə bağlıdır. Belə ki, dəyişiklik edilməmişdən öncə bu məbləğ 3 milyon dollar olduğu halda, hazırda bu məbləğ 500 min dollara qədər azaldılıb.