BAKI, 19 sentyabr — Sputnik. Bu gün Bakıda Cüdo üzrə dünya çempionatının püşkatma yarışı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan cüdoçularının sabahdan start götürəcək mötəbər yarışda ilk rəqibləri müəyyən olub.
Dünya çempionatında millimiz 9 kişi və 4 qadın cüdoçusu ilə mübarizə aparacaq. Çüdoçularımızın 2-si 1/16 final, qalanları isə 1/32 final mərhələsindən mübarizəyə başlayacaq.
Qadınlar
48 kq
1/32 final. Aişə Qurbanlı — Amber Gersyes (Hollandiya)
52 kq
1/32 final. Buyankişiq Purevsuren — Çelsi Gilz (Böyük Britaniya)
57 kq
1/32 final. İçinxorlu Munxtsedev — Amelie Stoll (Almaniya)
+78 kq
1/16 final. İrina Kindzerska — Sandra Yablonskite (Litva)
Kişilər
60 kq
1/32 final. Orxan Səfərov — Amartuvşin Bayaraa (Monqolustan)
1/32 final. Kəramət Hüseynov — Joran Şildermans (Belçika)
66 kq
1/32 final. Nicat Şıxəlizadə — Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)
73 kq
1/32 final. Rüstəm Orucov — Məhəmməd Mohyeldin (Misir)
1/32 final. Hidayət Heydərov — Sajjad Sehen (İraq)
90 kq
1/32 final. Məmmədəli Mehdiyev — Viktor Klyavusev (Belarus)
100 kq
1/32 final. Elmar Qasımov — Martin Paçek (İsveç)
1/32 final. Zelim Kotsoyev — Yoakim Dvarbi (İsveç)
+100 kq
1/16 final. Uşangi Kokauri — Vladislav Tsyarpitski (Belarus)
Sabah Azərbaycan təmsilçilərindən Aişə Qurbanlı (48 kq), Orxan Səfərov və Kəramət Hüseynov (hər ikisi 60 kq) da tatami üzərinə çıxacaq.
Qeyd edək ki, fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq.