HADİSƏ

Paytaxtda maşın radarı vurub aşırdı - VİDEO

Qəza Sahil qəsəbəsi ərazisində baş verib
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Bakının Qaradağ rayonunda yol qəzası baş verib. Avtomobil radar dirəyini vurub aşırıb. 

Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, qəza Sahil qəsəbəsi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən “Hyundai” markalı avtomobil yoldan çıxaraq radar qurğusu quraşdırılan dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, dirək kökündən çıxaraq yerə aşıb. Avtomobilin ön hissəsi sıradan çıxıb. Qəza nəticəsində sürücü və sərnişin yüngül xəsarət alıb.

Hadisənin görüntülərini təqdim edirik: