HADİSƏ

Azərbaycanın keçmiş nazirinin oğlu İstanbulda öldürüldü

Polisin məlumatına görə, silahlı hücumu Azərbaycan əsilli Gözəl Dəmirov həyata keçirib
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir. 

Məlumat əsasən, başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib.

Etimad İsmayılov 2011-ci ildə

Polisin məlumatına görə, silahlı hücumu Azərbaycan əsilli Gözəl Dəmirov həyata keçirib. Hadisə yerindən qaçan Dəmirovun yaxalanması üçün polis əməliyyata başlayıb.

Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır. 

Gözəl Dəmirova gəldikdə isə o, 90-cı illərin əvvəllərində Azərbaycan DİN-də idarə rəisi olub, istefada olan polkovnikdir. Türkiyədə iri biznesə malikdir.