Bir ayağını itirmiş qız gözəllik yarışının finalçısı oldu

13 yaşında bir ayağını itirən Kyara Bordi "Miss İtaliya" gözəllik müsabiqəsində ilk üçlükdə yer alıb
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Bir ayağı olmayan qız "Miss İtaliya" gözəllik yarışına qatılıb. Bu yarışda qalib gələ bilməsə də, üç finalçıdan biri olub.

Sputnik Azərbaycanlife.ru-ya istinadla xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Kyara Bordi

On səkkiz yaşlı Kyara Bordi bu müsabiqənin tarixində ilk əlil iştirakçı olub. Qız müsahibələrindən birində deyib ki, sözügedən müsabiqədə iştirakı özü "qəlibləşmiş fikirlər üzərində qələbədir".

Qız bir ayağını 13 yaşı olanda avtomobil qəzasında itirib. O, üç ağır əməliyyat və bezdirici reabilitasiya dövrünü keçməli olub. Lakin ağrılarına qalib gəlməyi bacarıb.

İndi Kyara özünün qeyri-adi protezini aksesuar kimi təqdim edir. O, həmçinin ümid edir ki, onun nümunəsi özünü natamam hiss edən digər gəncləri ruhlandıracaq.