ABŞ ordusu Aralıq dənizində əməliyyata başladı

Proses 6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə həyata keçirilir
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. ABŞ donanması Aralıq dənizində təlim əməliyyatlarına başlayıb. Sputnik Azərbaycan "Ensonhaber"ə istinadla xəbər verir ki, prosesə "USS Harry Truman" aviadaşıyıcısı və onu müşayiət edən döyüş qrupu cəlb olunub.

ABŞ donanması və Britaniya aviasiyası hərəkətə keçdi, əsgərlər ailələri ilə vidalaşdılar

6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə keçirilən təlimlərin məqsədi ABŞ-ın NATO üzrə müttəfiqlərinə, Avropa və Afrikadakı tərəfdaş ölkələrinə dəstək nümayiş etdirmək, habelə ABŞ-ın Avropa və Afrikadakı milli təhlükəsizlik maraqlarının müdafiəsini gücləndirməkdir.

6-cı donanmanın komandanı Liza Franchetti "USS Harry Truman" aviadaşıyıcısının Aralıq dənizində olduğu müddətdə cədvəldəki bütün dəniz əməliyyatlarını həyata keçirməyi planlaşdırdıqlarını deyib.

ABŞ-ın 6-cı donanması Kipr sahillərində yerləşir. 6-ci donanma 40 gəmidən, 175 qırıcıdan və 21 min hərbçidən ibarətdir. Donanmada 2 aviadaşıyıcı ilə yanaşı, sualtı gəmilərdən desant gəmilərinə qədər çoxlu sayda dəstək gəmisi də var.