Qonşu ölkə Türkiyəyə qarşı sərt qərar qəbul etdi, sərhədlərə ordu yığılır

İraqın Milli Təhlükəsizlik Şurası İraq-Türkiyə sərhədinə əsgərlərin yerləşdirilməsi əmrini verib
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. İraqın baş naziri Heydər əl-İbadinin sədrliyi ilə İraq Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, İraqın Milli Təhlükəsizlik Şurası İraq-Türkiyə sərhədinə əsgərlərin yerləşdirilməsi əmrini verib.

Türkiyə gözlənilmədən Şimali İraqda əməliyyata başladı

Şuranın toplantısında İraq sərhədlərində təhlükəsizlik və sabitliyin təmin olunması, hava və quru sahələrinin pozulmasının qarşısının alınması müzakirə edilib. Toplantıda təhlükəsizliyin təmin olunması məsələsində polisin də silahlı qüvvələrlə əməkdaşlıq etməsinin lazım olduğu vurğulanıb.

Eyni zamanda, toplantıda son günlərdə Bəsrə əyalətində baş verən hadisələr və ölkədə əhalinin hüquqlarının qorunması məsələləri də müzakirə olunub. Şuranın toplantısında ölkənin hava və quru sərhədlərinin Türkiyə tərəfindən pozulması barədə hesabatın hazırlanması və İraqın Xarici İşlər Nazirliyi tərəfindən BMT-yə təqdim edilməsi qərara alınıb.

Toplantıda, həmçinin, İraq sərhəd təhlükəsizlik qüvvələrinin İraq və Türkiyə sərhədi boyunca yerləşdirilməsi və pozuntuların qarşısının alınması qərara alınıb.