Siqareti tərgitmək istədi, canından oldu

İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Diyarbəkirdə fabriklərdən birində işləyən Murad Duman adlı gənc 7 ildir istifadə etdiyi siqareti tərgitmək istəyib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, buna görə dostları gəncə xüsusi məhlul veriblər. O, məhlulu içib, qalanını isə şkafa qoyub. Daha sonra hamam otağına daxil olub. Bacısı və qardaşı Muradın vanna otağından gec çıxdığını görüblər və hamama daxil olublar.

Murad Duman

Hamama daxil olarkən onlar qardaşlarının vəziyyətinin  ağır olduğunu görüblər. İlkin tibbi yardım göstərilsə də, Muradın həyatını xilas etmək mümkün olmayıb.