HADİSƏ

On yaşlı uşağın başına şiş batdı, ancaq ölmədi

Həkim uşağın sağ qalmasının milyonda bir rastlanacaq möcüzəvi hadisə olduğunu deyib
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. ABŞ-ın Kanzas ştatında 10 yaşlı uşaq möcüzəvi şəkildə sağ qalıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, Xavyer Kanningem keçən həftə sonu Harrisonvayldakı evlərinin bağçasındakı ağacdan hazırlanmış evdə oynadığı zaman yabanı arıların hücumuna məruz qalıb.

Başına şiş batmış uşağın rentgen şəkli

Panikaya düşən uşaq ağacdan düşərkən yerdə olan şiş başına saplanıb. Şiş üzündən girib, damarlara zərər vurmadan boyununun ardından çıxıb.

Uşağı anası həkimə aparıb. Dərhal neyrocərrah tərəfindən əməliyyat olunub və nəticədə həyatı xilas edilib. Həkim uşağın sağ qalmasının milyonda bir rastlanacaq möcüzəvi hadisə olduğunu deyib.