ABŞ paytaxtında fövqəladə vəziyyət rejimi tətbiq olundu

Bu barədə Vaşinqton şəhərinin meri Muriel Bouzer bildirib
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. ABŞ paytaxtında "Florens" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

“Report”un verdiyi xəbərə görə, bu barədə Vaşinqton şəhərinin meri Muriel Bouzer sərəncam imzaladığını "Twitter"dəki hesabında bildirib. 

O həmçinin qasırğaya qarşı hazırlıqlı olmaq üçün bir sıra məsləhətlər də verib.