İDMAN

Bakıda autizmlilər üçün velosiped yarışı keçirildi

Qeyd edildi ki, idmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır.
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Bu gün dənizkənarı parkda Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirildi.

Velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, BrendSport.az saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirildi.

Qeyd edildi ki,idmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, bu idman nönünün təbliği, həm də klublar arasında daha güclü idmançıları ortaya çıxarmaqdır.

"Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. dünyada hər 68 uşaqdan 1-i autizm sindromu ilə dünyaya gəlir. Oğlan uşaqlarında bu göstəricinin 55 uşaqdan 1-i olduğu və bu rəqəmin get-gedə endiyi qeyd olunur. Azərbaycanda da bu xəstəlik get-gedə çoxalır. Nitqin pozulması, insanlarla emosional əlaqənin olmaması, sosiallaşmada problemlər, aqressiv tutmalar, davranışın monotonluğu, ağlamalar və s müşahidə edilir" deyə qeyd olundu.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov və Respublika Olimpiya Velosiper məktəbi Faiq Qurbanov çıxış edərək, yarışın əhəmiyyətindən danışdı.

Daha sonra velosipedçilərin yarışı başladı.