BAKI, 8 sentyabr — Sputnik. Futbol üzrə Rusiya millisi UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Türkiyə yığmasına qalib gəliblər. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, oyun 1:2 hesabı ilə başa çatıb.
B divizionunun ikinci qrupunun oyunu Trabzon şəhərində baş tutub. Rusiya millisinin heyətində Denis Çerışev (13 dəq.) və Artyom Dzyuba (49 dəq.) fərqləniblər. Meydan sahiblərinin qolunu isə Sərdar Əziz (41 dəq.) vurub.
Rusiya yığması Millətlər Liqasında növbəti oyununu oktyabrın 11-də İsveç millisinə qarşı keçirəcək.