Sputnik Azərbaycan-ın məlumatına görə, “Kaspi" Təhsil Şirkətinin (KTŞ) rəhbəri Sona Vəliyeva bildirib ki, bəzən yanlış olaraq milli təhsil proqramı ilə fəaliyyət göstərən məktəbləri dünya universitetlərinə qəbul ola bilməzlər:
“Bu fikir çox yanlışdır. Biz şagirdlərimizin xaricdə oxumaq istəyini nəzərə alaraq şaxələnmiş proqramla həm ölkə daxilindəki, həm də xaricdəki universitetlərdə qəbul üçün fəaliyyət təşkil edirik. Bizim uğurlarımızın əsasında böyük nizam-intizam durur. Bütövlükdə uğurlarımızdan razıyam. Fəaliyyət göstərdiyimiz 10 ildən artıq müddətdə dövlətin təhsil strategiyasına töhfələr verməyə çalışırıq”.
Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan mərkəz kimi fəaliyyətə başlayıb. Şirkət keçən 11 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 5 uşaq bağçası, 11 filial, 11 yerli nümayəndəlik açıb.
Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz