BAKI, 7 sentyabr — Sputnik. "Startda dalbadal iki oyunu uduzmaq, sonra isə qalan oyunlarda qalib gələrək qrup birincisi olmaq olar. Buna görə də, biz axıra qədər mübarizə aparacağıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Millətlər Liqasının D divizionunun üçüncü qrupunun ilk oyununda Kosovo millisi ilə heç-heçəni şərh edən Azərbaycan yığma komandasının baş məşqçisi Qurban Qurbanov deyib.
"Oyun çox çətin oldu. Mən hələ dünən demişdim ki, rəqibin çox güclü individual oyunçuları var. Birinci hissədə hər iki komanda ehtiyatla oynayırdı. İkinci hissə fərqli idi. Ümumilikdə oyun nizamından razı qaldım. Qarşıda bizi daha bir çətin oyun gözləyir" — Qurbanov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan yığması daha böyük nəticə göstərməyə qadirir.
"Mövcud problemləri aradan qaldırmaq lazımdır. Bu komandanın potensialı daha böyükdür. Mən öz futbolçularıma inanıram. Bu gün onlar pis görünmürdülər və yaxşı oynayırdılar" — deyə baş məşqçi əlavə edib.
Kosovo ilə iyundan sonra Azərbaycan yığmasının şanslarının azalması barədə suala cavab verən Qurbanov bildirib ki, rəhbərlik etdiyi oyunçular qarşıdan gələn oyunlarda qalıb gəlmək üçün əllərindən gələni edəcəklər.