BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanın futbol üzrə milli komandası UEFA tərəfindən yeni təsis edilən Millətlər Liqasında ilk oyununu keçirib. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən ilk oyunda yığmamızın rəqibi Kosovo millisi olub.
Azərbaycan millisi bütün oyun boyu rəqibdən daha üstün nümayiş etdirib. İkinci hissənin sonlarına yaxın komandamız 2 dəfə hesabı açmağa yaxın olub. Amma oyunçularımızın bütün cəhdlərinə baxmayaraq, matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında daha 5 oyun keçirəcək. Kosovodan başqa yığmamız Farer adaları və Malta ilə görüşəcək.