SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cəlal Mirzəyev KSQT baş direktoru ilə görüşdü

Azərbaycan və KSQT arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Sentyabrın 6-da Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) yeni seçilmiş baş direktoru Fernando Arias ilə Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev arasında ikitərəfli görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Niderland Krallığında səfirliyidən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində F.Arias 2017-ci ildə KSQT baş direktoru seçkiləri zamanı Azərbaycanın ona göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Qarşılıqlı səmimi söhbət şəklində keçən görüşdə kimyəvi silahların ləğvi ilə bağlı KSQT-nin cari və gələcək fəaliyyəti, Azərbaycanın KSQT-nin İcraiyyə Şurasındakı hazırkı üzvlüyü və 2019-cu ilin II yarısından başlayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, KSQT-nin yeni yaradılacaq laboratoriyası, Azərbaycan və KSQT arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.