Bakı Olimpiya Stadionu Millətlər Liqasının matçını öz arenasında qəbul edəcək. Sputnik Azərbaycan-ın çəkiliş qrupu stadionun UEFA-2018-ə hazır olduğuna şəxsən əmin olmaq üçün ora yollanıb.
"Aqrosport" aqronomlar komandası yaşıl sahənin keyfiyyətli olması üzərində gecə-gündüz çalışırlar. Artıq iki ildir Bakı stadionunda işləyən baş aqronom Yan Morton futbol sahəsinin idmançıları qəbul etməyə tam hazır olduğunu bildirib.