İDMAN

Mourinyo həbs cəzası alacaq

Təcrübəli məşqçi 3,3 milyon avronu vergilərdən gizlədib
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Hazırda İngiltərənin “Mançester Yunayted” klubuna rəhbərlik edən təcrübəli portuqaliyalı məşqçi Joze Mourinyonu həbs cəzası gözləyir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi vergiləri ödəmədiyi üçün cəza alacaq.

Mourinyo Madridin "Real Madrid" komandasında məşqçi kimi qazandığı gəlirin bir hissəsini vergidən gizlədib. O, 2011-ci ildə 1,6, 2012-ci ildə isə 1,7 milyon avro vergi ödəməyib.

Mourinyo vergilərdən yayındığını etiraf edib. Məşqçi İspaniya vergi orqanları ilə razılığa gələrək, 1 il müddətinə cəza çəkməyə razılıq verib.

Amma güman edildiyinə görə, məhkəmə ona şərti cəza verəcək. Çünki ispan qanunvericiliyi qanun pozuntusunun ilk dəfə törədildiyi təqdirdə, belə bir hökm çıxarılmasına icazə verir. Bundan başqa, Mourinyonun cinayətini etiraf etməsi də onun xeyrinədir.