İQTİSADİYYAT

Kartofa gömrük rüsumu 2 dəfə artırıldı

Qərar "təzə, yanvarın 1-dən iyunun 30-dək" və "digər" mal nomenklaturası üzrə idxala şamil olunur
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Avtomobil yanacağı ilə bağlı yeni rüsum kimlərə və necə təsir edəcək?

""Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin "0701 90 500 0" və "0701 90 900 0" alt yarımmövqelərinə aid sətirlərinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)" sütununda "15" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin", — qərarda deyilir.

Bu qərar dərc edildiyi gündən (05.09.2018) qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Qərar "təzə, yanvarın 1-dən iyunun 30-dək" və "digər" mal nomenklaturası üzrə idxala şamil olunur.

Qərardan sonra xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir.