HADİSƏ

İnsanların kabusuna çevrilən cinayətkar həbs edildi

3 uşaq və 4 böyük insana hücum edən, 5 qadına təcavüz edən Dominic Nigor saxlanılıb
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Antaliyanın Kəmər ilçəsində təhlükəli cani tutulub. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan bir müddət öncə 3 uşaq və 4 böyük insana hücum edən, 5 qadına təcavüz edən Dominik Nigordur.

O, təcavüz, qəsdən sağlamlığa zərər yetirmə maddələri ilə tədsirləndirilib. Dominik Nigor bazar günü naməlum səbəbdən İ.Ç adlı qıza və otel sahibi İrfan Bozdoğana bilərəkdən xəsarət yetirib. Hətta iki qız uşağının da Dominikin xəsarətlərindən müalicə aldığı məlum olub.