CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir hissəsi susuz qalacaq

Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulur
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Bu gün Azadlıq prospektində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-dən məlumat verilib.

Bildirlib ki, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulur. Bununla əlaqədar 05 sentyabr 2018-ci il tarixində gün ərzində 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.