İDMAN

Beynəlxalq arenada uğur qazandıq

Rafael Ağayev, Rafiz Həsənov, Asiman Qurbanlı, İrina Zaretski qızıl medal qazanıb
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. İsveçrə Konfederasiyasının Bazel şəhərində "Basel Open 2018" Beynəlxalq Ustalar səviyyəsində keçirilən Karate turniri baş tutub. Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda milli komandanın üzvləri — Rafael Ağayev, Rafiz Həsənov, Asiman Qurbanlı, İrina Zaretski qızıl medal qazanıblar.

Gümüş medal Şahin Atamov və Tural Ağalarzadəyə qismət olub. Firdovsi Fərzəliyev isə bürünc medalla kifayətlənib.