HADİSƏ

Salyanda 28 yaşlı oğlanı güllələdilər

Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Salyan rayonunda 28 yaşlı oğlan güllələnib.

Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərinə görə, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.